Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Əli ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 24-də rayonun Binə qəsəbəsi Hövsan südçülük savxozunda baş verib.
Əli həyat yoldaşı Vüsalə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı qəsdən Vüsaləyə yumruqla bir neçə dəfə vurub.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirimə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, həyat yoldaşı Vüsalə mübahisəni sevən davakar bir insandır:
“Vüsalə məni hər dəfəsində xəyanətlə günahlandırır. Mənim Səbinə adlı ailəvi dostum var. Səbinə dindar və hicablı xanımdır. Vüsalə hər dəfəsində məni Səbinədən qısqanıb. Sonuncu dəfə Vüsalə Səbinənin adını sosial şəbəkədə paylaşdı, ondan əl çəkməsini istəmdşvə onu tanışlarının arasında utandırdı. Vüsalə ailəli olduğu üçün yoldaşı buna əsəbləsdi və Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə şikayət eti. Həmin gecə anam, atam və Vüsalə ilə Səbinəgilə getdik. Getməkdə səbəb Səbinənin etdiyi şikayəti barışıq vasitəsi ilə geri götürmək olub. Biz Səbinəgildə olanda ondan dəfələrlə üzr istədim. Anidən Vüsalə mənə Səbinə ilə münasibətimin olduğunu, xəyanət etdiyimi yenə dilinə gətirdi. Evdən çıxaraq atasıgilə getdiyini bildirdi. Mən yolda onu saxladım, avtomobilə minməsini, tək az yaşlı uşaqla yol getməməsini xahiş etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Vüsaləni maşına əyləşdirib:
“Bu zaman Vüsalənin üzü maşının qapısına dəydi. Bir neçə dəqiqə sonra Binə qəsəbəsində “Qartal” marketin qarşısında Vüsalə avtomobildən enmək istədiyini bildirdi. Mən avtomobili saxladım, Vüsalə maşından enərək valideyinlərinin evinə tərəf getdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2011-ci ildə Əli ailə həyatı qurub və birgə nikahdan 3 övladları var:
“Əli ilə ilk ailə qurduğum illərdə heç vaxt aramızda narazılıq olmadı. 3-4 ildir ki, Əli ilə aramızda problemlər başladı. Bunun bir neçə ailə daxili səbəbləri olub. Səbəblərə ilk olaraq Əli qeyri rəsmi, nikahdan kənar Səbinə adlı şəxslə münasibətinin olması olub. Həmin şəxsi tanıyan aylardan Əlinin mənə qarşı münasibəti tam dəyişdi. Səbinə bizim ailəmizə guya Əlinin ailəvi dostu imiş kimi daxil oldu. Tanış olduqdan 6 ay sonra Səbinə ilə Əlinin münasibətinin olduğu hiss etdim. Bu səbəbdən dəfələrlə Əliyə Səbinə ilə münasibəti kəsməsi üçün yalvardım, ailəsinə isti yanaşmasını, uşaqlara vaxt ayırmasını dedim. Münasibətə çox əsəbləşdim, Səbinəyə zəng etdim və ailəmdən uzaq durmağını istəmdşm. Əli isə mənə dəfələrlə xəyanət etməməsini bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, bundan bir neçə ay sonra yenə Səbinə və Əlinin mesajlarını aşkar edib:
“Səbinənin adını “tik-tok” sosial şəbəkəsində paylaşdım, həyat yoldaşımdan uzaq durmasını istədim. Səbinə bu paylaşımı gördükdən sonra məni Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə şikayət etdi. Bundan əsəbləşən Əli evə gələrək məni Səbinəgilə məcbur apardı, Səbinədən üzr istəməyimi tələb etdi. Səbinəgilin evinə qaynanam, qaynatam ilə birgə getdik. Orada Səbinə mənim şərəf və ləyaqətimi alçaldan sözlər dedi. Əli isə mənim Səbinədən üzr istəməyimi bildirdi. Mən isə bunu etmədim və Səbinəgilin evindən qaçmaq istədim. Mənim üzr istəməməyimi, qaçdığımı görən Əli məni küçədə saxlayaraq evin həyətinə gətirdi və Səbinənin evinin qapısının önündə yumruq ilə bir neçə dəfə sifət nahiyyəmdən vurdu. Əlinin məni vurduğunu heç kəs göməyib. Əlinin atası, anası evə getməyimi təklif etdi, məni məcbur maşına mindirdilər. Mənim yanımda azyaşlı oğlum da olub. Əli məni məcbur avtomobilə əyləşdirdi və Binə qəsəbəsinin mərkəzində “Qartal” marketin qarşısında maşından qovdu. Atamgilə getməyimi dedi. Mən azyaşlı uşağım ilə birlikdə 3-cü polis şöbəsinə getdim və öz şikayət ərizəmi orada yazdım. Mənim döyülərək xəsarət aldığımı, ağzımdan qan axmasını 3-cü polis şöbəsinin bir neçə əməkdaşı gördü və mənə kömək etdilər”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsinin hökmü ilə Əli 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Təqsirləndirilən şəxsə yaşadığı Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi tapşırılıb.
Fariz Məlikli Demokrat.az


