İdman

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.

“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.

İki pillə irəliləyən Türkiyə seçməsi 1484 xalla 41-ci yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”: 1. Argentina – 1843,73 xal 2. Fransa – 1843,54 3. Braziliya – 1828 4. İngiltərə - 1797 5. Belçika – 1788 6. Xorvatiya - 1742 7. Niderland – 1731 8. İtaliya – 1726 9. Portuqaliya – 1718 10. İspaniya – 1703 AVRO-2024-ün seçmə mərhələsinin F qrupu: 5. Belçika – 1792 23. İsveç - 1547 29. Avstriya – 1528 110. Estoniya - 1179 121. Azərbaycan – 1143 Postsovet məkanı: 24. Ukrayna - 1541 38. Rusiya - 1495 74. Özbəkistan – 1327 78. Gürcüstan – 1312 90. Ermənistan – 1252 97. Qırğızıstan - 1224 98. Belarus - 1212 104. Qazaxıstan - 1198 109. Tacikistan – 1179,51 110. Estoniya – 1179,30 121. Azərbaycan – 1143 134. Latviya - 1096 138. Türkmənistan - 1089 145. Litva - 1069 164. Moldova - 990

Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq

NE
Nihadə Eyyubova