Dünya

Rusiya Ukraynaya raket zərbəsi endirib — Ölənlər var

Rusiya Ukraynaya raket zərbəsi endirib — Ölənlər var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.

Demokrat.az xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.

Nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, Kramatorska iki raket zərbəsi endirilib:

"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.

Nazir vurğulayıb ki, dağıntılar altında insanlar ola bilər.//Qafqazinfo

D
demokrat.az