PSJ-nin hücumçusu Kilian Mbappe bu yay “Real Madrid”ə keçə bilər.
Bu barədə “El Debate”jurnalının əməkdaşı Tomas-Qonsales Martin məlumat verib.
Onun sözlərinə görə, Mbappenin anasıparislilərlə bir neçə aygizli danışıqlar aparıb. O, transfer məsələsini tez bir zamanda başa çatdırmaq istəyir.
PSJ24 yaşlı hücumçu üçün 250 milyon avro birdəfəlik ödəniş və 50 milyon avro bonus tələb edir. Madrid klubu maksimum 200 milyon avro birdəfəlik ödənişvə 20 milyon avro bonustəklif etməyə hazırdır.
Tərəflər danışıqları davam etdirirlər.
Qeyd edək ki, iyunun 12-də mətbuatda Mbappenin PSJrəhbərliyinə rəsmi məktub göndərərək heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. PSJ hazırda qüvvədə olan müqavilənin sonunda - gələn ilin yayında hücumçunu pulsuz buraxmamaq üçün təcili olaraq ona alıcı axtarır.


