ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla Rusiyadakı vəziyyəti müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, liderlər Rusiyadakı vəziyyəti müzakirə ediblər. Ölkədə yaranmış proseslər ətrafında fikir mübadiləsi aparılıb.


