Türkiyədə fermada baş verən yanğın nəticəsində 12 min 500 toyuq tələf olub, 18 min toyuq tüstüdən zərər çəkib.
Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Diyarbəkir vilayətində baş verib.
Naməlum səbəbdən çıxan alov qısa müddətdə bütün fermaya yayılıb.
Yanğın 2 saat mübarizədən sonra söndürülüb.
Araşdırmalar zamanı 52 min toyuqdan 12 500-nün tələf olduğu müəyyən edilib.
Aysu Demokrat.az


