Hadisə Özəl

Göygöldə qardaş bacısını DÖYDÜ

Göygöldə qardaş bacısını DÖYDÜ

Göygöl rayonunda 1998-ci il təvəllüdlü Adil münaqişə zəminində bacısı Məhəbbətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun kəndində baş verib.

Adil yaşadığı evdə qonaq qismində olan bacısı Məhəbbətə ev-alqı satqısı ilə məşğul olması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Baş vermiş mübahisə zamanı Adil əli ilə Məhəbbətin sol üz nahiyyəsinə vurmaqla, ona xəsarətlər yetirib.

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, hadisə günü bacısı Məhəbbət əri Valid və uşaqları ilə birlikdə onun anası ilə birlikdə yaşadığı evə qonaq gəlib:

“Bacım bizdə olan zaman, təxminən saat 20.30-da aramızda şəxsi münasibətlər zəminində, yəni bacımın ev alqı-satqısı ilə məşğul olması səbəbindən mübahisə baş verdi. Mübahisə zamanı bacım mənimlə dilləşdiyi üçün əlim ilə onun sinəsindən itələdim. Bu zaman bacım yerə yıxıldı. Daha sonra mübahisə sakitləşdi. Bacım əri və uşaqları ilə birlikdə yaşadığım evdən getdi”.

İş üzrə zərərçəkmiş Məhəbbətin sözlərinə görə, əri və iki azyaşlı övladları ilə birlikdə anasının evinə qonaq gedib:

“Orada olan zaman qardaşım ev alqı-satqısı ilə məşğul olmağıma görə mənə irad bildirdi. Buna görə də mübahisəmiz baş verdi. Mübahisə zamanı qardaşım əl zərbəsi ilə sol üz nahiyyəmdən vurdu və məni sözlə öldürməklə hədələdi. Bundan sonra qardaşım yenidən məni vurmaq istədikdə, ərim ona mane oldu”.

Bu cinayət işinə Göygöl rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az