Ukraynada Fransa və İtaliya tərəfindən birgə istehsal olunan SAMP/T hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. “Mən İtaliya baş naziri Corc Meloni ilə birlikdə sizə elan etməkdən məmnunam ki, SAMP/T hazırda Ukrayna ərazisində yerləşdirilib və artıq fəaliyyət göstərir”, - Makron deyib. Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri Rusiya raketləri və təyyarələrinə qarşı nəzərdə tutulub.
Ukraynaya Fransa istehsalı sistemlər yerləşdirilib
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


