İraqın şimalında daha 2 PKK terrorçusu Türkiyə Ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində və xaricində terrorla mübarizə əməliyyatları davam etdirilir.
Bu gün keçirilən əməliyyat nəticəsində İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilib.
Bölgədə terrorçulara məxsus silah və sursatlar da ələ keçirilib.
Əməliyyat zamanı 2 ədəd M-16 piyada tüfəngi, 1 qumbara, 180 ədəd 5,56 mm-lik patron, 1 ədəd RPQ-7 patronu, kamera və müxtəlif həyat ləvazimatları götürülüb.
Aysu Demokrat.az


