Masallıda yük maşını “Mersedes-Vito" markalı mikroavtobusla toqquşub.
Demokrat.az “report”a istinadən xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.
Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.
Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.


