Dünya Özəl

Avropada süni intellekt haqqında qanun qəbul edildi

Avropada süni intellekt haqqında qanun qəbul edildi

Avropa Parlamenti (AP) ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanun qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında süni intellektlə bağlı qanun layihəsi müzakirə edilib.

Yeni qanuna əsasən, süni intellektin risk faktoru olduğu nəzərə alınacaq və buna uyğun yanaşma olacaq.

Süni intellektin yarada biləcəyi risk səviyyəsindən asılı olaraq, qaydalar daha da sərtləşəcək.

İnsanların təhlükəsizliyi üçün qəbuledilməz risk səviyyəsinə çatan süni intellekt sistemləri qadağan ediləcək.

Aysu Demokrat.az

D
demokrat.az