İranın molla rejimi mediasında Azərbaycan əleyhinə təbliğatlar aparmaqda davam edir.
Demokrat.az xəbər verir ki, bu dəfə də ölkəmiz əleyhinə aparılan təbliğatlar İranın Azərbaycan dilində yayımlanan "Səhər" telekanalında nümayiş olunub.
Yayımlanan materialda Tehran molla rejimi bildirib ki, guya İkinci Qarabağ müharibəsi dövründə Araz çayının İrandan keçən hissəsinə raketlər düşüb və oradakı evlər ciddi ziyan görüb. Ancaq İran xalqı buna görə Azərbaycana etiraz etməyib.
Günaz TV isə İran molla rejiminin bu cür çirkin təbliğatını ifşa edən videosujet hazırlayıb.
Həmin video materialı təqdim edirik:
Şəhanə Demokrat.az


