Dünya Özəl

Fabrikdə çıxan yanğın 70 saat sonra söndürüldü

Fabrikdə çıxan yanğın 70 saat sonra söndürüldü

Türkiyənin İstanbul şəhərində yanmağa başlayan 6 mərtəbəli fabrik 70 saatdan sonra söndürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Məlumata görə, yanğın İstanbulun Başakşehir ərazisində 6 mərtəbəli fabrikdə baş verib.

4 gün davam edən yanğın nəhayət söndürülüb.

Binanın yanğın nəticəsində dağılan hissələri tikinti maşını ilə sökülüb.

Qeyd edək ki, əraziyə iyunun 10-dan bəri maşınların girişi qadağan edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova