Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Allahverən Münasib oğlu Məmmədlinin idarə etdiyi VAZ-2107markalı minik maşını ilə Ucar rayonunun Qazyan kənd sakini, 1959-cuil təvəllüdlü Yasəf Ağasəf oğlu Həmidovun idarə etdiyi VAZ-21011markalı maşıntoqquşub.
Nəticədə sürücü, Y. Həmidov və sərnişin, 1960-cı il təvəllüdlü Müslüm Əlihüseyn oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkən Y. Həmidov Göyçay xəstəxanasına aparılıb.
Fakt araşdırılır.


