İqtisadiyyat Özəl

Deputat: "Ələt Azad İqtisadi Zonası xarici investisiyanın cəlb edilməsi baxımından yeni imkanlar deməkdir"

Deputat: Ələt Azad İqtisadi Zonası xarici investisiyanın cəlb edilməsi baxımından yeni imkanlar deməkdir

"Ələt Azad İqtisadi Zonası Azərbaycan üçün xarici investisiyanın cəlb edilməsi baxımından yeni imkanlar deməkdir. Nəzərə alsaq ki, artıq Ələt Azad İqtisadi Zonasında infraktruktur formalaşdırılıb və istifadəyə verilməkdədir. İlkin monitorinq də göstərir ki, müraciətlər kifayət qədər çoxdur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Ələt Azad İqtisadi Zonası vergidən azad iqtisadi zonadır və xarici investorlar üçün yeni imkanlar deməkdir.

"Ələt Azad İqtisadi zonası bir tərəfdən Azərbaycana daha çox investisiyanın cəlb edilməsinə, istehsal və ixrac imkanlarının artırlmasına, məşğulluğun təmin edilməsinə və eləcə də müasir texnologiyanın transferinə imkan yaradacaq. Burada həm də məqsəd ixtisaslı kadrların işlə təmin olunmasını və texnologiyanın transfer edilməsinin öyrənilməsidir. İqtisadiyyatın fərqli sektorlara pozitiv təsirləri var.

Gözlənilir ki, daha innevativ məhsulların istehsal edilməsi, Azərbaycan üçün qeyri-neft ixracatının artması baxımından imkanlar yaradacaq. Ən vacib məqamlarsan biri də yeni iş yerlərinin yaradılmasıdır. Bu, yeni iş yerlərinin və məşğulluğun yaradılmasına xüsusi töhfə verəcək".

Şəhanə Demokrat.az

D
demokrat.az