Dünya

Bayden Belarusa qarşı sanksiyaları uzadıb

Bayden Belarusa qarşı sanksiyaları uzadıb

ABŞ Prezidenti Co Bayden Belarus hökumətinin bəzi üzvlərinə qarşı sanksiyaları daha bir il uzadıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məhdudiyyətlərin müddəti 2023-cü il iyunun 16-da başa çatırdı.

Baydenin imzaladığı yayımlanan bildirişdə deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti, "Belarus rejiminin zərərli fəaliyyəti və uzun müddət davam edən sui-istifadə halları ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi və müstəsna təhlükə yaratmağa davam edir".

Qeyd olunub ki, bildiriş Konqresə təqdim edilməlidir.

D
demokrat.az