Media

Xəzər TV-nin aparıcısına nazirlikdə vəzifə verildi

Xəzər TV-nin aparıcısına nazirlikdə vəzifə verildi

Xəzər TV-nin aparıcısı Rüstəm İbadov 13 ildən sonra kanaldan ayrılıb.

Demokrat.az xəbər verir ki, bu barədə aparıcı özünün Facebook səhifəsində məlumat yayıb.

O bildirib ki, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərəcək.

D
demokrat.az