Hadisə

Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyənin Burdur şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.

Bu barədə“Report”yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, qəza Burdur-Karamanlı yolunda qeydə alınıb. Hadisəyə avtomobillərdən birinin sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Yaralılar xəstəxanalara çatdırılıb, araşdırma aparılır.

NE
Nihadə Eyyubova