Sabirabadda yol-nəqliyyat hadisəsibaş verib.
APA-nınməlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb. “Mercedes sprinter”markalı avtomobillə “KamAZ”markalı yük maşını toqquşub.
Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib, digər 2 nəfərə ambulator yardım edilib.
Faktla bağlı araşdırma aparılır.


