Dünya Özəl

Dünyanın ilk elektrik gəmisi istifadəyə verildi

Dünyanın ilk elektrik gəmisi istifadəyə verildi

Dünyada ilk dəfə olaraq İsveçin paytaxtı Stokholmdan elektriklə işləyən gəmi fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, dəyəri 1,6 milyon dollar olan 10 metrlik dəniz avtobusu 30 sərnişin daşımaq qabiliyyətinə malikdir.

Özəl sektor və ictimaiyyətin əməkdaşlığı ilə istehsal edilən “ağıllı gəmi” Stokholm və ətraf adalar arasında qısa məsafələrdə üzəcək.

Birinci mərhələdə avtopilot sistemini 30 sərnişinlik qayıqda kapitan izləyəcək.

Lakin rəsmilərin fikrincə, onlar tezliklə gəmini tam avtomatik hala gətirəcək və nəzarətçiyə ehtiyac olmadan üzmək mümkün olacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova