Avropa Komissiyası hər il minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə və ölümünə səbəb olan virusa (RSV) qarşı hazırlanmış peyvəndi təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, peyvəndin ilk dozasının payızda, qış mövsümünə qədər hazır olacağı gözlənilir.
Peyvəndi istehsal edən İngilis əczaçılıq şirkəti GSK Avropanın peyvənd əldə etməsinin ödənişdən asılı olduğunu söyləyib.
Xatırladaq ki, peyvənd ilk dəfə mayın 3-də Birləşmiş Ştatların Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib.
Aysu Demokrat.az


