Daxili siyasət

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib.

Demokrat.az xəbər verir ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

Elmi-məsləhət şurasının ilk iclasının iyunun 23-də videokonfrans formatında keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” mövzusu üzrə müzakirələr təşkil olunacaq.//Report

D
demokrat.az