Dünya Özəl

Misirdə dəhşətli qum fırtınası — Ölən və yaralananlar var

Misirdə dəhşətli qum fırtınası — Ölən və yaralananlar var

Misirin paytaxtı Qahirədə qum fırtınası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, Misirin paytaxtı Qahirədə qum fırtınası baş verib.

Şəhərin mərkəzindəki reklam lövhəsi fırtınanın gücündən aşıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb.

Misirin Səhiyyə Nazirliyi sakinlərə maska ​​taxmaq barədə xəbərdarlıq edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova