Hadisə

Dəhşətli hadisə nəticəsində 70 NƏFƏR ÖLDÜ

Dəhşətli hadisə nəticəsində 70 NƏFƏR ÖLDÜ

Aralıq dənizində növbəti faciə baş verib.

Demokrat.az Reuters agentliyinə istinadən xəbər verir ki, qaçqınların olduğu qayığın qəzaya uğraması nəticəsində 70-dən çox mühacir itkin düşüb. Onların suda boğulduğu bildirilir.

Hadisə zamanı qayıqda 80-ə qədər qaçqın olub. Onlardan 4-ü xilas edilib.

Məlumata görə, qayıq Tunis sahillərindən Avropa istiqamətində üzürmüş. Lakin qayıq sahildən bir neçə km məsafədə qəzaya uğrayıb.

Güman edilir ki, qayığın batmasına nəqliyyat vasitəsinin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.(Redaktor.az)

D
demokrat.az