Gündəm Özəl

Hərbi ekspert: “Azərbaycan Ordusu 2020-ci ildən bəri anti-terror əməliyyatı aparır”

Hərbi ekspert: “Azərbaycan Ordusu 2020-ci ildən bəri anti-terror əməliyyatı aparır”

“Ermənistan sülh müqaviləsindən yayınmaq məqsədilə həm iki ölkə arasında şərti dövlət sərhədində, həm də Qarabağ bölgəsində hərbi ritorikadan istifadə edir. Biz bunu son günlər Zəngilan rayonu ərazisinə kəşfiyyat-təxribatçıların sızma cəhdi, o cümlədən Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması ilə görürük”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bildirib.

Hərbi ekspert deyib ki, daha əvvəl də buna bənzər hadisələr baş verib:

“Hər dəfə də Azərbaycan Ordusu ermənilərin üstünlük qazanmaq cəhdini darmadağın edir.

Ümumiyyətlə, cəmiyyətdə Azərbaycan Ordusunun Qarabağda anti-terror əməliyyatına başlayacağına dair müəyyən fikir və istəklərə rast gəlmək olur. Əslində isə Azərbaycan Ordusu 10 noyabr 2020-ci ildə başlayaraq anti-terror əməliyyatını davam etdirir. Lokal əməliyyatlarla ermənilərin demək olar ki, əsas strateji mövqeləri nəzarətə götürülüb. Yəni ordumuz anti-terror əməliyyatını dayandırmayıb. Sadəcə olaraq bu proses rəsmi şəkildə açıqlanmır.

Hesab edirəm ki, Ermənistanın münaqişənin həllinə dair qeyri-adekvat münasibəti davam etdikcə Azərbaycanın anti-terror əməliyyatı da davam edəcək”.

Elmar Heydərli Demokrat.az

NE
Nihadə Eyyubova