Siyasət

Azərbaycanda 1 milyon insan səs verə BİLMƏYƏCƏK

Azərbaycanda 1 milyon insan səs verə BİLMƏYƏCƏK

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxsin olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, MSK-nın açıqladığı seçici sayı ilə Dövlət Statistika Komitəsinin (DSK) əhalinin sayı ilə bağlı açıqladığı məlumat arasında böyük fərq var.

Bildiyimiz kimi, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşlar seçici sayılır.

DSK-nın açıqladığı əhalinin yaş qrupları üzrə məlumatlarda 0-18 yaş aralığındakı insanların yox, 0-19 yaş aralığındakı insanların sayı göstərilir. Lakin, buna baxmayaraq 19 yaşdan yuxarı əhalinin sayı da seçicilərin sayından çoxdur.

Aşağıdakı cədvəldə əhalinin və seçicilərin sayını təqdim edirik:

Azərbaycanda 1 milyon insan səs verə BİLMƏYƏCƏK
Qeyd edək ki, DSK 2023-cü il üçün əhalinin yaş qrupları ilə bağlı məlumatları açıqlamayıb, amma ehtimal etmək olar ki, aradakı fərqdə ciddi dəyişiklik olmayacaq.

Açıqlanan məlumatlardan belə görünür ki, təxminən 1 milyon Azərbaycan vətəndaşı seçici kimi qeydiyyata alınmayıb. Hətta əvvəlki illərdə seçici kimi qeydə alınmayan vətəndaşların sayı təxminən 2 milyon olub.

D
demokrat.az