Kriminal

Bir mənzili bir neçə nəfərə satan MTK rəhbərinə 10 il iş kəsildi

Bir mənzili bir neçə nəfərə satan MTK rəhbərinə 10 il iş kəsildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Fərziyev 10 il, E.Əliyev 3 il azadlıqdan məhrum edilib.

R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar. İş üzrə 23 nəfər zərərçəkmiş var.

D
demokrat.az