Hərbi Özəl

NATO Ukraynalı pilotlar üçün F-16 təlimlərinə başlayıb

NATO Ukraynalı pilotlar üçün F-16 təlimlərinə başlayıb

Ukraynada pilotlar F-16 təyyarələrindən istifadə etmək üçün təlimlərə başlayıb.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.

O bildirib ki, F-16-ların Ukraynaya göndərilməsi NATO-nu müharibənin tərəfi etməyəcək:

"Bu müharibə hücum müharibəsidir. Ukraynanın özünümüdafiə hüququ var. Özünümüdafiə hüququ BMT nizamnaməsində təsbit olunub.

Biz Ukraynaya bu hüququ qorumağa kömək edirik. Bu, NATO və onun NATO müttəfiqlərini münaqişənin tərəfi etmir”.

Aysu Demokrat.az

D
demokrat.az