Hadisə Özəl

Restorana silahlı hücum: Ölənlər və yarlananlar var

Restorana silahlı hücum: Ölənlər və yarlananlar var

Ekvadorda silahlı şəxslərin restoranda atəş açması nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, silahlı şəxslər ölkənin cənub-qərbindəki Santa Elena şəhərində restoranı hədəfə alıblar.

Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hücumun təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

D
demokrat.az