"Tiktok"da “Kia” və “Hyundai” markalı maşınların oğurlanmasının sadə üsulu yayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada öz əksini tapıb.
“TikTok”da "Kia Challenge" adı ilə başlayan trend “Kia” və “Hyundai” avtomobillərinin USB kabel kimi sadə alətlə necə oğurlana biləcəyini göstərib.
Bununla da, ABŞ-da yüzlərlə avtomobil oğurlanıb.
Oğurluq halları nəticəsində 14 qəza baş verib, bu qəzalarda 8 nəfər ölüb.
Məsələ ilə bağlı “Kia” və “Hyundai” şirkətləri açıqlama veriblər.
Avtomobil istehsalçıları ABŞ-da oğurlanan avtomobillərə görə, müştərilərinə təqribən 200 milyon dollar təzminat ödəməyə razılaşıb.
Aysu Demokrat.az


