Region Özəl

İranda daha 3 nəfər edam edildi

İranda daha 3 nəfər edam edildi

İranda keçirilən Məhsa Əmani etirazları zamanı üç mühafizəçinin qətli ilə bağlı ölüm hökmü çıxarılan şəxslər edam edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, aksiyalarda iştirak edən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yaqubi ölüm hökmünə məhkum edilib.

Saxlanılan şəxslərin İranda “terror təşkilatı” hesab edilən Xalq Mücahidləri ilə əlaqəsi olduğu iddia edilib.

Bununla da məhkəmə prosesi sürətləndirilib və məhbuslar edam edilib.

Qeyd edək ki, nümayişlərə görə ölüm cəzasına məhkum edilənlərin sayı 7-yə yüksəlib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova