"Ermənistanın sülh danışıqları ilə bağlı gedən proseslər ərəfəsində hər zaman təxribatlar törətdiyinin şahidi oluruq".
Bu sözləriDemokrat.az-a açıqlamasında hərbi ekspertƏdalət Verdiyevbildirib.
Hərbi ekspert deyib ki, indi Azərbaycan dövləti tərəfindən daha ciddi tədbirlərin görülməsinə ehtiyac var:
"İlk növbədə sərhəddə bufer zonasının yaradılması zəruridir. Əlbəttə ki, belə bir mürəkkəb vəziyyətdə ölkəmizin diplomatları, siyasətçiləri danışıqlar prosesinə davam etməlidir. Ordumuz isə daha sərt addımlar atmalıdır".
Ədalət Verdiyevin sözlərinə görə, şərti sərhəddə bufer və ya təhlükəsizlik zonasının yaradılması təxribatların qarşısının alınmasında çıxış yolu ola bilər:
"Ermənistan sülh prosesində maraqlı deyil və daha çox sərhəd toqquşması ilə əlaqədar məsələlərin müzakirə olunmasını istəyir. Ona görə də sözügedən vəziyyətə zəmin hazırlamaq üçün təxribatlara əl atır”.
Nəzrin Demokrat.az


