“Bu ilin 5 ayı ərzində daxil olan müraciətlər 2022-ci ilin müvafiq dövrü ərzində daxil olmuş müraciətlərdən 27 946 dəfə azdır. Bu il qaz təzyiqi, qaz təchizatı ilə bağlı 10 638 müraciət az daxil olub”.
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının “104 Xidməti”nin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il “Azəriqaz”-a qaz sızmaları ilə bağlı 324 müraciət az daxil olub:
“Sayğaclarla bağlı 6 620, məlumat xarakterli isə 10 364 müraciət az daxil olub. Bütün bunlar onun nəticəsidir ki, “Azəriqaz” tərəfindən mütəmadi olaraq, maarifləndirmə və yenidənqurma işləri aparılır”.
Aysu Demokrat.az


