“Havanın dəyişkən keçməsi ilə əlaqədar olaraq, mavi qazın qəbulunda dəyişiklik yaranıb. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 18 may 2023-cü il tarixindən respublika ərazisini əhatə etməklə, sutkalıq təbii qazın qəbulu 13 milyon 431 min kubmetr təşkil edib”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə Nəzarət və Mərkəzi Dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Şöbə rəisi deyib ki, Bakı və Abşeron yarımadası üzrə qəbul 9 milyon 249 min kubmetr təşkil edib:
“Regionlar üzrə isə bu rəqəm 4 milyon 182 kubmetr təşkil edib. Sutka ərzində ümumi qəbulun 69 faizi Bakı və Abşeron yarımadası, 31 faizi isə regionların payına düşür”.
Aysu Demokrat.az


