Keniyanın Malindi şəhərində ölüm orucuna görə həyatını itirənlərin sayı 226 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Meyitlər Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsində aşkarlanıb.
Qeyd edək ki, vəfat edənlərin hər birinə ölüm orucu qarşılığında İsa Peyğəmbərlə görüşəcəkləri vəd edilib.
Axtarış tədbirləri davam etdirilir.
Aysu Demokrat.az


