Region Özəl

Evdə qaz balonu partladı — Ölən var

Evdə qaz balonu partladı — Ölən var

Türkiyədə evdə qaz balonunun partlaması nəticəsində 1 nəfər vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Kütahya vilayətində baş verib.

Partlayış nəticəsində evdə tək yaşayan 75 yaşlı qadın dünyasını dəyişib.

Hadisə yerinə dərhal jandarma və xilasetmə qrupları gəlib.

Yanğın söndürülüb, əraziyə baxış davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az