Region Özəl

Qonşusunun ağaclarını kəsdiyinə görə 6 il həbs cəzası ala bilər

Qonşusunun ağaclarını kəsdiyinə görə 6 il həbs cəzası ala bilər

Türkiyədə qonşu evinin qarşısındakı 6 ədəd ağacı kəsən şəxs barəsində polisə şikayət edib. Şikayətçi qonşusuna qarşı 6 ilə qədər həbs cəzası verilməsini tələb edir.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Belə ki, ağacların sahibi səhhəti ilə əlaqədar xəstəxanaya getməli olub.

Evə qayıtdığında isə evinin qarşısındakı ağacların məhv edildiyini görüb.

Buna görə də qonşusundan polisə şikayət edərək, onun həbs edilməsini tələb edib.

Məsələ ilə bağlı məhkəmə prosesi başladılıb.

Aysu Demokrat.az

D
demokrat.az