Xarici siyasət Özəl

Politoloq: "Kılıçdaroğlunun xarizmatik olmaması CHP-nin məğlubiyyəti şərtləndirdi"

Politoloq: Kılıçdaroğlunun xarizmatik olmaması CHP-nin məğlubiyyəti şərtləndirdi

"Türkiyə müxalifətinin arzuları imkanları ilə üst-üstə düşmədi. Həddən artıq şişirdilmiş özgüvən "onları məğlubiyyətə uğratdı" desək yanılmarıq. 55-60 faiz səs toplamaqla qalib gələcəklərini iddia edən müxalifət 45 faiz səsi ancaq yığa bildi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, müxalifətin aparıcı qüvvəsi olan CHP-nin koalision partiyaları daha çox qazandı:

"Ayrılıqda heç baryeri keçə bilmə ehtimalı olmayan yandaş partiyalar CHP hesabına xeyli yer əldə etdilər, amma ümumi səs faizinə heç bir faiz xeyirləri olmadı. CHP-nin HDP ilə iş birliyi onların elektoratının itirilməsinə gətirib çıxardı.

Türkiyə xalqı Atatürkün partiyasının 50 ildir türk gənclərini şəhid edən, onların qanlarını tökən bir partiya ilə işbirliyini CHP-yə bağışlamadı, bağışlamazdı da. K.Kılıçdaroğlunun FETÖ ilə birliyi, tutulmuş FETÖ-çuların, PKK lideri Öcalanın, HDP sədri Səlahəddin Dəmirtaşın azadlığa çıxarılacağı bəyanatları milliyyətçi kəsimin ondan üz göndərməsinə gətirib çıxardı. K.Kılıçdaroğlunun lider kimi də xarizmatik olmaması CHP-nin məğlubiyyəti şərtləndirdi.

Məsələ ondadır ki, Kılıcdaroğluna səs verənlərin əksəriyyəti bu səsləri ona görə yox, Ərdoğandan qurtulmaq üçün verdilər. Əslində Türkiyədə deyilən lətifə bütün sualların cavabını verir: "Ərdoğan namizədliyini geri götürsəydi, Kılıcdaroğluna heç kim səs verməzdi".

Şəhanə Demokrat.az

D
demokrat.az