Sosial

Şabranda qidadan zəhərlənənlər arasında Türkiyə vətəndaşları da var

Şabranda qidadan zəhərlənənlər arasında Türkiyə vətəndaşları da var

Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

“Report”un xəbərinə görə, bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.

Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.

Bildirək ki, Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

NE
Nihadə Eyyubova