İdman

Azərbaycan II Avropa Oyunlarını 28 medalla 10-cu yerdə bitirdi

Azərbaycan II Avropa Oyunlarını 28 medalla 10-cu yerdə bitirdi

Azərbaycan Minskdə təşkil olunan II Avropa Oyunlarında 10-cu yerə çıxıb.

Demokrat.az xəbər verir ki, aktivinə 28 medal yazdıran milli komandamız qitənin 10 ən güclü komandası arasında yer almağı bacarıb. Medallardan 5-i qızıl, 10-u gümüş və 13-ü bürünc medaldır.

Avropa Oyunlarının qalibi isə Rusiya olub. (44 qızıl, 23 gümüş, 42 bürünc). Şimal qonşumuz ilk Avropa Oyunlarındakıkimi bu dəfə də ən güclü olduğunu göstərib. İkinci yerə təşkilatçı ölkə - Belarus (24 qızıl, 16 gümüş, 29 bürünc), 3-cü pilləyə Ukrayna sahib çıxıb (16 qızıl, 17 gümüş, 18 bürünc). Sonrakı yerləri İtaliya, Niderland, Almaniya, Gürcüstan, Fransa və Böyük Britaniya və Azərbaycan tutub.

Xatırladaq ki, Azərbaycan 4 il öncə Bakıda düzənlənən ilk Avropa Oyunlarında II yeri layiq görülmüşdü.

Demokrat.az

D
demokrat.az