Gündəm Özəl

Partiya sədri: "Hər dəfə Ermənistan təxribata əl atanda, Azərbaycan yeni yüksəkliklər əldə etmiş olur"

Partiya sədri: Hər dəfə Ermənistan təxribata əl atanda, Azərbaycan yeni yüksəkliklər əldə etmiş olur

"Avropa Birliyinin sədri Şarl Mişelin vasitəçiliyi ilə hər dəfə əslində irəliyə doğru bir addım atılır. Amma təəssüflər olsun ki, erməni tərəfi görüşdən gəldiyi razılıqları heçə sayır və bölgədə təxribatlar törədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirib ki, Ermənistan tərəfi təxribatlara yol verməklə, əslində qəbul edilmiş qərarları kağız üzərində qoymuş olur:

"Bütün bunlar Ermənistana edilən Rusiya təsiri və təzyiqi nəticəsində baş verir. Çünki istər Avropada tərəflərin görüşü, istərsə də, ABŞ-da olan görüşdən əvvəl və sonra Ermənistana Rusiyanın ciddi təsirinin olmasını hiss edirik. Sərhəddə, eləcə də Qarabağın ermənilər yaşayan ərazisində təxribatlara yol verilir. Qarşı tərəf litorikasını dəyişir. Faktiki olaraq bu müddət ərzində danışıqlar nəticəsində əldə olunmuş razılaşmaların üstündən xətt çəkilmiş olunur.

Ümid edirik ki, bu dəfə belə olmayacaq. Əslində, bu dəfə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bildirib. Yəni, ilkin razılaşma belədir. Komissiyaların bundan sonrakı etabda delimitasiya, demarkasiyası fəaliyyətilə bağlı razılaşmalar əldə olunub.

Həmçinin, növbəti görüşlərlə bağlı razılaşmalar əldə olunub. Əlbəttə ki, görüş ərəfəsi sərhəddə olan təxribatlar da əslində bu görüşdə ciddi nəticələrin olmamasına bir anons idi. Hadisələrin gedişini gözləyəcəyik. Təbii ki, Azərbaycan şərtləri diqtə edən tərəfdir, biz qalib tərəfik. Bizim bu mənada gözləntilərimiz var ki, qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, razılaşmaları pozmasın.

İstənilən halda, hər dəfə Ermənistan tərəfi razılaşmanı pozmaqla, əslində daha çox özləri itirmiş olurlar. Çünki hər dəfə Ermənistan təxribata əl atanda, nəticə etibarilə Azərbaycan yeni yüksəkliklər əldə etmiş olur. Hesab edirəm ki, ermənilər də bunun fərqindədirlər ki, növbəti dəfə bu cür təxribatlara gedilməyəcək və üzərinə götürdüyü öhdəlikləri qarşı tərəf yerinə yetirəcək".

Şəhanə Demokrat.az

D
demokrat.az