Gündəm

Mişel və Paşinyanın qeyri-rəsmi görüşü olub

Mişel və Paşinyanın qeyri-rəsmi görüşü olub

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə qeyri-rəsmi görüş keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər regiondakı hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsini müzakirə ediblər.

Həm Nikol Paşinyanla İlham Əliyev arasında Mişelin vasitəçiliyi ilə bu gün keçiriləcək danışıqların, həm də Almaniya kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Kişinyovda beştərəfli formatda keçiriləcək görüşün əhəmiyyəti qeyd edilib.

D
demokrat.az