İdman

"Sabah" - "Beşiktaş" matçı bitdi, qalib isə...

Sabah - Beşiktaş matçı bitdi, qalib isə...

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.

Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

NE
Nihadə Eyyubova