İtaliya polisi ölkədə keçirdiyi reydlər zamanı şübhəli bilinən 61 nəfəri saxlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Şübhəlilər saxtakarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və insanlardan pul tələb etməkdə ittiham olunurlar.
Əməliyyatlarda 500-dən çox polisin iştirak etdiyi deyilir.
Saxlanılan şəxslərin əksəriyyətinin İtaliya mafiyasına bağlı olduqları ehtimal olunur. Xatırladaq ki, ötən həftə Avropada 100-dən çox adam həbs edilib.
Aysu Demokrat.az


