Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb.
Çıxış edən diaspor nümayəndələri xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının əsasında Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının dayandığını vurğulayıblar.




