Sosial

Daha səkkiz nəfər COVID -19-a yoluxub

Daha səkkiz nəfər COVID -19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8yeni yoluxma faktı qeydə alınıb, 6nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 563nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 130nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 176nəfərdir.

Ölkədə son sutka ərzində 634, hazırkı dövrədək isə 7 597 921 test aparılıb.

NE
Nihadə Eyyubova