Kriminal Özəl

Türkan Gündüzü qətlə yetirən əri ilə bağlı QƏRAR VERİLDİ

Türkan Gündüzü qətlə yetirən əri ilə bağlı QƏRAR VERİLDİ

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Demokrat.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 7-də saat 00.00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub.

O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib.

Onun son iş yeri “City Hospital” klinikası olub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az