Region

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus zenit-raket kompleksi məhv edilib

Son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun hərbi texnikasının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Rusiyaya məxsus zenit-raket kompleksinə də zərbə endirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər saatlarında məlumat yayıb. Qeyd olunur ki, gün ərzində Müdafiə Qüvvələri 7 hücum və 8 kəşfiyyat xarakterli PUA-nı da məhv edib.

Bundan başqa, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsini, düşmənin silah və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, həmçinin atəş mövqeyində olan artilleriya bölməsini vurub.//APA

D
demokrat.az