Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Həşimxanlı kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün o, Şirvan xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.//APA


