Dünya Özəl

Rusiya, Hindistan və Pakistandan "Taliban"a ÇAĞIRIŞ

Rusiya, Hindistan və Pakistandan Talibana ÇAĞIRIŞ

Rusiya, Hindistan və Pakistan "Taliban"ı əfqan xalqının hüquqlarına hörmət etməyə çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Hindistanın Qoa şəhərində keçirilən nazirlər iclasında danışılıb.

Nazirlər Əfqanıstanda nümayəndəli hökumətin yaradılmasını və qadınların hüquqlarının qorunmasını tələb ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Taliban" rəhbərliyindən inklüziv hökumət qurmaq vədini yerinə yetirməsini gözlədiyini bildirib.

Həmçinin əlavə edib ki Rusiya insan haqları, Əfqanıstan ərazisində təhlükəsizlik, terror təhdidlərinin aradan qaldırılması və narkotik ticarəti ilə bağlı verilən təminatlara əməl edir.

Qeyd edək ki, "Taliban" son zamanlar qadınların ictimai həyata çıxışına nəzarəti daha da gücləndirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova